Academia.eduAcademia.edu
© “Metafizika” Journal Vol 6, issue 4, serial 24, 2023. pp.73-82 p-ISSN 2616-6879 e-ISSN 2617-751X UOT: 327. KBT: 66.4 MJ № 187 Lobbiçilik fəaliyyətinin xarici siyasət qərarlarının qəbul olunmasına təsiri: ABŞ nümunəsində  Aygün Musayeva Abstrakt. Məqalədə lobbizm, ABŞ-da xarici siyasət qərarlarının qəbul edilməsində bunun təsiri məsələlərindən bəhs edilir. Müasir beynəlxalq münasibətlərdə dövlətə paralel olaraq yeni aktorlar xüsusi olaraq fəallaşmaqdadır. Yeni aktorların fəallaşması dövlətlərin xarici siyasət qərarlarının qəbul olunmasına təsir edir, hətta bir çox hallarda dövləti özlərindən asılı vəziyyə salır. Belə yeni aktorlar sirasında transmilli şirkətləri, qeyrihökumət təşkilatlarını, ictimai hərəkatları, milli-azadlıq hərəkatlarını, eləcə də lobbilərin fəaliyyətini qeyd edə bilərik. Xüsusilə, beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətlərində lobbiçiliyin genişlənməsi müşahidə olunmaqdadır. Amerika Birləşmiş Ştatlarının ictimai-siyasi sisteminin müasir mərhələsinin inkişafı demokratikləşmə prosesinin get-gedə amerikan cəmiyyətinin bütün tərəflərini-iqtisadiyyat, siyasət, ideologiya və mənəviyyat, mədəniyyət və düşüncə tərzi, əhatə etməsi ilə xarakterikdir. Dünya müharibəsindən sonrakı dövr Amerika Birləşmiş Ştatlarının super dövlət rolunu bir daha itirməmək adı ilə qazandığı dövrdür. Daha müasir 80-ci illərdə isə amerikalıların demokratiya və vətəndaş hüquqları uğrunda mübarizəsi güclənmişdi. Açar sözlər: lobbizm, xarici siyasət, aktor, demokratiya, seçki 1.Giriş Bu gün “beynəlxalq aktor dedikdə” ağıla sadəcə dövlətlər gəlmir. Artıq müasir günümüzdə dövlətlərarası münasibətlərdə qeyri-dövlət aktorlar da vardır. Belə önəmli aktorlardan biri də lobbilərdir. Lobbiçilik termin kimi ilk dəfə İngiltərədə yaransa da,dünya dövlətləri üçün “örnək lobbi modelini” ABŞ yaratmışdır. Lobbiçiliyin leqallaşdırılması təşəbbüsü də ilk dəfə ABŞ tərəfindən atılmışdır. Bütün bu və digər amilləri nəzərə alaraq, əminliklə deyə bilərik ki, müasir lobbiçiliyin vətəni ABŞ sayılır. ABŞ-da bu termin ilk dəfə 1829-cu ildə vüsət alıb.  Bakı Dövlət Universitetinin dissertantı, Bakı Dövlət Universitetinin “Politologiya və sosiologiya” kafedrasının dissertantı; Bakı, Azərbaycan E-mail: aygunnmusayeva@gmail.com https://orcid.org/0009-0002-5693-8906 Məqaləyə istinad: Musayeva, A. [2023] Lobbiçilik fəaliyyətinin xarici siyasət qərarlarının qəbul olunmasına təsiri: ABŞ nümunəsində. “Metafizika” jurnalı, 6(4), səh.73-82. Məqalənin tarixçəsi: Məqalə redaksiyaya daxil olmuĢdur: 15.09.2023 Təkrar iĢlənməyə göndərilmiĢdir: 26.10.2023 Çapa qəbul edilmiĢdir: 01.12.2023 73 Aygün Musayeva Lobbiçilik fəaliyyətinin xarici siyasət qərarlarının qəbul olunmasına təsiri: ABŞ nümunəsində 2.Lobbi fəaliyyətinin “Amerikan modeli” İlk zamanlar ABŞ-da müxtəlif “maraqların müdafiəçisi” olan, maliyyə və siyasət kluarlarında siyasi mənada işlədilməyə başlanan lobbi termini konqresin dəhlizində “pulla səs satın almaq mənasını bildirirdi [Иванов, 1995, s.16]. ABŞ-da lobbizmin gündəmə gəlməsi 18-ci prezident Uillis Qrantın dövrünə təsadüf edir. Ölkə prezidenti Qrant işdən sonra öz iqamətgahı ilə üzbəüz yerləşən restoranda qəlyanaltıya düşərək, onun vestibülündə dincəlməklə qeyri-rəsmi görüşlər keçirirdi. Bunu bilən ictimaiyyət nümayəndələri onun yanına gələrək öz problemlərindən danışıb, prezidentdən kömək umurdular. Bu işdən-xaric qeyri-rəsmi görüşlər siyasi xadimlər arasında əlaqə xarakteri almaqla yanaşı siyasət tarixində mürəkkəb və yeni siyasi hadisə olan lobbizmin əsasını qoydu. 1864-cü ildən başlayaraq konqresin dəhlizində “pul ilə səs almağı bildirən” lobbiçilik xeyli müddət sonra qeyri-peşəkar fəaliyyət kimi qiymətləndirilirdi. Amerika lobbist təşkilatlarının tarixini araşdıran tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, Amerikada lobbizm tarixi 4 yüksəliş dövründən keçib:  İlk dövr azadlıq hərəkatı ilə paralel başlayıb  I dünya müharibəsi və Amerikanın beynəlxalq areneya çıxışı ilə başlayan - ikinci mərhələ  Böyük durğunluq dğvründən sonra və II dünya müharibəsi dövrünü əhatə edən üçüncü mərhələ  Keçən əsrin 70-ci illərindən başlayaraq sülh siyasətinin sonu və Amerikanın Sovet ittifaqını zəiflətmək üçün beynəlxalq arenada ölkələrlə gücünü birləşdirməsi prosesləri ilə müşayiət olunur. Lobbiçilik ABŞ-da artıq XX əsrdən başlayaraq siyasi təsir vasitəsi kimi tanınmağa başladı. ABŞ siyasətində, QQEP-də lobbilərin təsiri çox güclüdü. ABŞ siyasi sisteminin əsasında 1789-cu ildə qüvvəyə minmiş ABŞ konstitusiyası dayanır. 50 ştatdan ibarət federal quruluşa sahib ABŞ-da prezident və kongres sistemi var. Kökləri 1787-ci il konstitusiyasına baglı olan bu siyasi sistem və qərar qəbul etmə mexanizmi aşağıdakı 4 quruluşda özünü göstərir: 1. Demokratik quruluş 2. Federal sistem 3. Güc bərabərsizliyi 4. Nəzarət və balans Amerika siyasətində lobbizmin həqiqi mənasını və rolunu anlamaq üçün ilk öncə amerikanın öz siyasi quruluşunu, amerikan siyasətçilərinin və xalqının xarakteristikasına nəzər salmaq lazımdı.Bu yolla lobbizmin Amerika 74 “Metafizika” Journal 2023, vol 6, issue 4, serial 24, pp. 73-82 konqresində qərar qəbulunda nə qədər rol oynaya biləcəyini, təsir gücünü müəyyən edə bilərik. 1. Amerika əhalisinin etnik tərkibinə nəzər salsaq, görəcəyik ki, Amerika ştatlardan təşkil olunub,hansı ki, bu ştatlar Avropanın, başda İngiltərənin koloniyaları olub. Amerikaya hərtərəfli inkişaf üçün açıq olan “yağ-bal” ölkəsi kimi baxılırdı. Bu da orada çoxlu sayda kapitalist qrupların məskunlaşmasına gətirib çıxartdı. Həqiqətdə isə Amerikaya ilk gələnlər uzunmüddətli və ya ömürlük həbs cəzası alanlar olub.Ölkələrindən uzaq düşmək istəyən bu insanlar Amerikanın boş və sahibsiz torpaqlarına “ümid yeri” kimi baxırdılar. Lakin, Amerikanın kəşfindən və onun zənginliyinin sübutundan sonra oraya axınının istiqaməti, məqsədi tamamilə dəyişdi. Artıq Amerikada təcrübəli mütəxəsislər və tədqiqatçılar qrupu məskunlaşmağa başladı və onların hər biri bu möcüzəli torpaqların təbii sərvətlərini üzə çıxarmaq üçün bütün imkanlarını səfərbər etdi. Zaman keçdikcə isə bu insanlar Amerika əhalisinin böyük əksəriyyətini təşkil etdi.Buna görə də Amerikanın əhalisi çoxlarının düşündüyü kimi cinayətkarlar nəslindən yığılmış “cowboy yığımı” deyil, əksinə koloniyalaşma prosesi üçün illər boyu aktiv fəaliyyət göstərən aktiv, zəhmətkeş, əməksevər xalqdır. 2. Amerikanın siyasi həyatına nəzər yetirəndə isə görəcəyik ki, orada ilk dəfə kapitalistlər lobbizmə ehtiyac duyub, lobbist fəaliyyətlə məşğul olmağa can atıblar. Kapitalistlər Amerika torpaqlarında məskunlaşıb, onun yerli əhalisi ilə qaynayıb-qarışıblar və həmin mükəmməl iradəli əhali ilə birləşib Avropa ölkələrinin ağalığına son qoymaq uğrunda birgə mübarizə aparıblar.Onların bir mənafe uğrunda birləşməsi isə uzun və mürəkkəb bir proses olub. Çünki. Amerikada məskunlaşan əhali etnik təribinə, dininə, mədəniyyətinə, irqinə görə tam fərqli xalqlara mənsub olublar. 3. Amerikanın hakimiyyət bölgüsünə nəzər salaq. Əvvəla ABŞ-da qanunverici hakimiyyəti ABŞ konqresi və ştatlarının qanunverici yığıncaqları həyata keçirir. ABŞ konqresi 2 palatadan ibarətdir: Senat və Numayəndələr palatası. Numayəndələr palatası üzvlərinin sayı 1913-cü ildə verilmış qanunla müəyyənləşib və hələ də dəyişməz olaraq qalır ki, onların sayı 435 nəfərdən ibarətdir. İndiki dövrdə palatanın hər bir üzvü 500000 seçicini təmsil edir, hər 10 ildən bir əhalinin siyahıya alınması nəticəsində Nümayəndələr palatasında yerlər ştatlar arasında bölünür. Nümayəndələr palatasının üzvləri 2 il müddətinə seçilir. Hər bir ştatda əhali senata senatorları seçir, hər ştat Senatda 2 nümayəndə seçir.Senatın tərkibinə 100 senator daxildi. Senatorlar 6 illiyə seçilir. Hər iki ildən bir senatoraların 1/3 hissəsi yenidən seçilir.Bu isə palatanın sabitliyini təmin edir və onun fəaliyyətinə msbət təsir edir. ABŞ-ın Konqresində əhalinin burjua hissəsi təmsil edilib. Heyətində bir nəfər belə sənaye və kənd təsərüfatı fəhləsi yoxdu. Hər iki palatada hüquqşünaslar çoxluq təşkil edir. ABŞ əhalisinin 23%-ni zəncilər təşkil edir. Onların 75 Aygün Musayeva Lobbiçilik fəaliyyətinin xarici siyasət qərarlarının qəbul olunmasına təsiri: ABŞ nümunəsində nümayəndələr palatasında 23 konqresmeni olsa da senatda isə heç bir nümayəndəsi yoxdur. Konqresin ən üstün səlahiyyəti yerli maliyyə sahəsinə baxmaqdı. Bu ABŞ-ın “pul kisəsi” hakimiyyəti adlanır. Konqres ölkənin bütün ərazisi üçün vahid vergini,rüsumları, aksiz rüsumlarını müəəyən edir, dövlət səhmlərindən başqa bütün sahələrə ianələr verir, kreditə pul verir. Konqres həm də ABŞ-ın adından borcları ödəyir, xarici və ştatlar arası ticarəti təmin edir. ABŞ-ın xarici siyasət qərarlarının qəbul edilməsində ən əsas rolu qanunverici orqanı olan Kongres və icraedicisi Prezident oynayır. Bununla yanaşı, ABŞ siyasi partiya sistemi və Amerika mülki cəmiyyət təşkilatları, lobbilər və mətbuat kimi sistem daxili aktorlarda xarici siyasət qərarlarının qəbul edilməsində iştirak edir [Зяблюк, 1992, s.126]. 3.ABŞ-da qərar qəbuletmə ABŞ-da qərar qəbul etmə çətin və qarışıq prosesdir. Bunun səbəbi 2 qanunverici orqanın olmasıdır. Qanun layihəsi o zaman qanun qüvvəsinə minir ki, hər iki palatada qəbul edilir və prezident tərəfindən imzalanır. Qanunvericilik prosesi Nümayəndələr palatasından başlayır. Nümayəndələr palatasına qanun təklifi verilir. Nümayəndələr palatası sədrinə təklif verilir. Sədr təklifi uyğun hesab edərsə müvafiq komitəyə göndərir, uyğun hesab etməzsə qanun ölür. Komitə sədri istəsə qanun təklifini gündəliyə daxil edir, istəməsə daxil etmir. Gündəmə daxil edilirsə sədr hər kəsi bu baradə məlumatlandırır. Komitə mərhələsi başlanmış olur. Lobbilər komitə işlərini izləyir və bu prosesə daxil olaraq mövqelərini müəyyənləşdirirlər. Daha sonra müzakirələr aparılır, hər kəs fikrini açıq şəkildə bildirir. Bu komitənin iclasları qapalı olur, əldə olunmuş razılığa palata nümayəndələri ayrı-ayrılıqda səs verirlər. Sistemin dinamikasını Lobbilər də təşkil edir. ABŞ siyasi sisteminə və qərar alma mexanizminə istər iqtisadi istərsə də əhali sayı olaraq çox böyük təsiri var. Xüsusilə partiyaların təşkilatlatlarının olmaması, prezidentin olmaması, namizədlərin özlərini seçkiyə hazırlamaqları və bu işin baha olması bu cür qruplara ehtiyac doğurur. Lobbilər xeyir də versə, ziyan da versə demokratiyanın işləməyinə təsir edir. Sistemi işlədən katalizator rolunu oynayır. Buradan belə bir nəticəyə gəlmək olar ki, ABŞ siyasi sistemi heç kəsə heç bir mövzuda tək başına mütləq olaraq qərar vermək gücü verməmişdir. Bu quruluş həm federal həm də ştatlarda bənzər şəkildə mövcuddur. ABŞ-ın qanunverici hakimiyyətinin bu cür quruluşu onu digər dövlətlərdən fərqləndirir. Bu quruluş birbaşa və ya dolayı yolla lobbizm fəaliyyətinin yaranmasında Prezidenti bir nömrəli maraqlı şəxs edir. Amerika toplumuna baxanda lobbilərin fəaliyyətinin ölkənin yararına olub-olmaması mövzusunda şübhələr var. Amma, lobbiçiliyi Amerika nöqteyi-nəzərindən dəğərləndirənlər bu nəticəyə gəlirlər ki, “Hava da bəzən 76 “Metafizika” Journal 2023, vol 6, issue 4, serial 24, pp. 73-82 pis və ya yaxşı olur, lakin heç kim onun gərəksiz olduğunu deyə bilməz.” Məşhur amerkan tədqiqatçı Wolpeyə görə isə Amerikada konqresi lobbilər tərəfindən təsirə həssa edən əsas faktor fəliyyət zamanının açıq olmasıdır. Əslində isə lobbiçilik təkcə bu və ya digər qrupun sosial, siyasi, iqtisadi maraqlarının müdafiəsi olmayıb, formal hakimiyyəti faktik hakimiyyətlə hesasablaşmağa vadar edən mexanizmdi [8]. 4.ABŞ lobbizminin əsas xüsusiyyətləri ABŞ lobbizmi bir sıra əsas xüsusiyyətlərinə görə digər ölkələrin lobbizmindən fərqlənir: 1. ABŞ-ın spesifik demokratik xususiyyətlərinə görə.ABŞ höküməti qərarların qəbulunda konqresdən, yəni bilavasitə konqres üzvlərinin səsindən asılıdı.Bu da birbaşa lobbiçilik fəliyyətinə gətirib çıxarır. 2. ABŞ-da lobbizmin leqallaşdırılması.Yəni burda lobbizm haqqında qanunun mövcudluğu. Məhz ilk dəfə ABŞ lobbizmi dövlət və nazirlik səviyyəsində rəsmən qanuniləşdirmişdir. 3. ABŞ siyasət arenasının xarici diasporlar üçün açıqlığı. 4. ABŞ-da seçki qabağı adətən kampaniyalar seçkilərə pul vəsaiti qoymaqla öz namizədlərini seçirlər. Lakin onlar digər özlərinin seçmədiyi namizədlərə də təsir göstərə bilirlər. Buna görə də amerikan partiyaları elə özü əsl lobbi fəaliyyəti sayılır. Amerikada lobbizm xususiyyətləri üzərində çalışan tədqiqatçılar bir neçə maraqlı nəticəyə gəlmişlər: 1. Araşdırmalar göstərir ki, Amerikada konqresin hər bir üzvünə 20 lobbist düşür,hansı ki, bu lobbistlər 10000 təşkilatın və şirkətin qeydiyyatda olan qanuni lobbistləridir. “Center for public İntegrity” statiskalarına görə 2013-cü il üçün federal seçki kampaniyalarına xərclənən miqdar2.3 milyard dollar təşkil edir. Eyni zamanda digər konqres üzvlərinin səslərini satın almaq üçün 3.5milyard dollar pul xərclənib. 2. Amerikada qanunvericilik üzvləri ilə xalq arasında poçt əlaqələrinin qurulmasına xüsusi üstünlük verilir. Məsələn, Yəhudi lobbisi öz saytlarından birində qürrələnir ki, hər il ABŞ-da konrqres üzvləri ilə 2000-dən çox görüş keçirir və yəhudi maraqlarını müdafiə edən 100-dən çox qərar qəbuluna nail olur. 3. Amerikada müxtəlif növ maraqların mənafeyinə uyğun qərar qəbulu üçün müxtəlif növ lobbi təşkilatları mövcuddu:  İqtisadi sferada - sahibkarlıq unifikasiyaları, istehlakçılıq ittifaqları  Sosial sferada - sosial hüquqların müdafiəsi təşkil olunmuş unifikasiyalar, özünə yardım SOS qrupları (anonim alkoqollar üçün,narkotik aludəçiləri üçün), sosial xeyriyyəçilik ittifaqları  Turizm və istirahət sferasında - idman ittifaqları, kompleksləri, rabitə, hobbilərin həyata keçirilməsi məqsədilə yaranan unifikasiyalar 77 Aygün Musayeva Lobbiçilik fəaliyyətinin xarici siyasət qərarlarının qəbul olunmasına təsiri: ABŞ nümunəsində  Din, elmi, mədəni sferada maraqlar - kilsələr, sektalar, elmi assosasiyalar və incəsənət klubları. ABŞ lobbizminin əsas təsirli amili “maddi stimullaşdırma prinsipi” sayılır. Qanunla təhdid olunan rüşvətvermə və korrupsiya əvəzinə seçki fondlarına birdəfəlik, yaxud mütəmadi yardım göstərilməsi, pulsuz xarici səfərlərin təşkili, sərfəli mühazirə turları,vəzifəli şəxslərin qohumlarının və hətta hökümət qurumundakı yerlərini itirdikdə belə özlərinin “yağlı yerlərlə” təmin olunması ABŞ lobbizminin əsas xüsusiyyətlərindəndi. Hansı ki, bu metodlar artıq digər dünya dövlətləri üçün də nümunəyə çevrilib. Artiq bir çox dövlətlərin praktikasında bu vasitələrdən sıx-sıx istifadə olunur. Vaşinqtonda bir neçə min lobbi təşkilatı və kontorları qeydə alınıb. Bu müşavir və məsləhətçi kimi ən yaxşı vəkillərin, iqtisadçıların, istefada olan hərbçi və siyasətçilərin məşğul olduğu yüksək maaşlı fəaliyyət formasıdı. ABŞ-da lobbiçiliklə bağlı bir sıra qanunlar mövcuddu.Bu da lobbiçiliyin ABŞ siyasi sisteminin əsas təbii bir parçası olduğunu sübut edir.Lobbiçiliklə bağlı qanunların qəbulunda isə məqsəd onun fəaliyyətinə məhdudiyyət deyil, lobbiçilik fəaliyyətlərinə şəffaflıq gətirmək və özlərini daha açıq bir şəkildə ifadə etmələrinə şərait yaratmaqdı.Amma, əlbəttə digər dövlətlərdəki kimi ABŞ qanunlarında da lobbiçiliyin pis məqsədlə istifadə edilməsini əngəlləmək üçün məhdudiyyət qoyan qanunlar da vardır [7]. Amerikada 1938-ci ildə “Xarici təmsilçilər haqqında” qanunu ikinci dünya müharibəsi öncəsi Nazi propaqandasının artması üzərinə qəbul edilmişdir.Bu qanuna görə xarici ölkələr adından lobbiçilik fəaliyyəti ilə məşğul olanlar bunu kimin adına etdiyini və xərcləmələrini açıq şəkildə bildirməlidi. Bu qanuna 1966-cı ildə edilmiş dəyişikliklərə görə lobbistlər Konqres üzvləri və hökümət səlahiyyətli nümayəndələri ilə təmasda olarkən xarici təmsilçi olduqlarını qeyd etməlidirlər və seçki kompaniyalarına yardım etmələri qadağan olundu [Осипова, Рогов., 1978, s.50]. 1946-cı ildən Lobbiçiliyi,lobbist partiyaları ABŞ-ın Ədliyyə nazirliyi rəsmən qeydiyyata aldı və qanunvericilik əsasında maliyyə nəzarətinə keçdi. Federal lobbi qanununda lobbiçilik fəaliyyətinə aşağıdakı öhdəliklər qoyulur:  Amerika konqresində qanunlara təsir göstərən və ya qanunun qəbuluna,əngəllənməsinə çalışan birbaşa və ya dolayı pul və qiymətli əşyaları alan, ya da əsas məqsədi bu olan şəxslər hər 3 aydan-bir xərcləmələrinə aid olan qeydləri müəyyən idarəyə təqdim etməlidirlər.  Lobbistlər fəaliyyətə başlamazdan öncə Nümayəndələr palatası klerkinin və senatın katibinin yanında qeydiyyatdan keçdikdən sonra and içməli və sonra yazılı ərizə təqdim etməlidi. (bu bənd daha sonra 1995-ci il qanununda daha da təkmilləşdirildi). Qanundan irəli gələn maddələri incələdikdən sonra lobbiçiliyə belə izh vermək olar. “Lobbiçilik bir qrup və topluluq adına hərəkət edərək hökümət 78 “Metafizika” Journal 2023, vol 6, issue 4, serial 24, pp. 73-82 qərarlarına təsir etmək məqsədilə planlanan və bu məqsədlə vətəndaşlara qərar verənlər arasında qruplaşmağa çalışan bir iş, əlaqə münasibət olaraq tanınır”. ABŞ qanunvericiliyinə əsasən lobbi fəaliyyəti 2 yolla həyata keçirilir: 1. Birbaşa lobbiçilik. Bu fəaliyyət açıq-aşkar, birbaşa lobbisi ilə qərar verən qurumun səlahiyyətli nümayəndəsi arasında aparılan danışıqlar və görülən işə deyilir. 2. Dolayı lobbiçilik. Bu iş artıq profesional lobbi şirkətləri ilə aparılan fəaliyyət növü olmaqla onları siyasi reklamçılıq adlandırmaq olar [Our American government. 2013, s.12]. Bu gün Amerika siyasi sisteminin əsas qolu olan lobbiçilik fəaliyyəti Qanunverici - İcraedici-Məhkəmə hakimiyyəti ilə yanaşı digər müxtəlif sahələrdə də müxtəlif forma və vasitələrlə aparılır. İri transmilli Korporasiyalar, keçmiş və indiki konqresmenlər, bankirlər, hüquqşünaslar, siyasi-ictimai xadimlər, qeyri-hökümət təşkilatları, fermerlər, iş adamları, etnik diasporalar və digər peşə sahibləri imkanları çərçivəsində lobbi fəaliyyəti ilə məşğul olurlar [Зяблюк, 2014, s.126]. ABŞ qanunlarına görə lobbist kimi qeydiyyatdan keçmiş və qanunla müəyyən olunmuş qaydada lobbi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almış, üçüncü şəxsin yəni müştərinin maraqları naminə həm pulsuz, həm pullu, həm də qonorarla lobbi fəaliyyəti ilə məşğul ola bilər. Ümumiyyətlə, ABŞ üçün etnik, xarici və iqtisadi lobbizm fəaliyyəti xarakterikdir. Çox uzun müddət ABŞ-da “xarici lobbizm” adı altında ən əvvəl “müəyyən xarici maraqların dəstəklənməsi” anlaşılırdı. 1938-ci il qanunu da elə bu mahiyyətdə verilmişdi. Bu qanun xarici agentliklərin üzərinə qeydiyyat keçmək və fəaliyyətləri barəsində hesabat vermək öhdəliyi qoyur. ABŞ-da lobbiçilik ilə məşğul olan iqtisadi qruplaşmalar və siyasi dairələr üçün demək olar ki, maneələr mövcud deyil [International Encyclopedia of Communications, 2016, s.14]. Lobbizmin amerikan modelinə nəzər saldıqda görürük ki, lobbist fəaliyyət qarşılığında maraqlı “pul toplama vasitələri” mövcuddur.  “funt rising” – konqres üzvü üçün hər hansısa yerdə pul toplamaq;  “soft manage” – maliyyə qeydlərinə girməyən nəğd olaraq edilən bağışlanmalar;  “honororia” – pulun hər hansısa konkret iş əvəzində verilməsi və s. PAC-lar vasitəsi ilə təşkil olunan pul dəstəkləri də lobbizmin “amerikan modelinə” xas xüsusiyyətdir. Amerika siyasətində pulun siyasət üzərində böyük təsiri mövcuddu. Bu ənənə 1700-ci ildən bəri mövcuddu. 1971-ci ildən sonra kompaniyaları dəstəkləmək və PAC yaratmaq mövzusundakı qanuna düzəlişlər nəticəsində PAC-lar vasitəsi ilə edilən bağışlanmaların sayında xeyli artım olmuşdu. PAC-lar siyasi hərəkat komitələridi. 79 Aygün Musayeva Lobbiçilik fəaliyyətinin xarici siyasət qərarlarının qəbul olunmasına təsiri: ABŞ nümunəsində Lobbizmin amerikan modelində belə güclü təsirinə baxmayaraq, yenə də demək olmaz ki, Amerikada bütün hakimiyyət dolayısı ilə lobbistlərə tabedi. Düzdü iri neft kampaniyaları və inhisarlar lobbist fəaliyyəti vasitəsi ilə maraq və mənafelərini tam təmin edə bilirlər. Lakin onlar xarici siyasət sferasında hökümət qanunlarına təsir göstərmək gücündə deyillər. 5.Nəticə Ümumiyyətlə, lobbistlər adətən, daxili işlərlə, iqtisadi, səhiyyə, təhsil, vergi və sosial məsələlərlə məşğul olurlar. Beynəlxalq arenadakı xarici siyasət məsələləri isə onları demək olar ki, heç maraqlandırmır. ABŞ özü hegemon fövqəldövlət statusuna malik olduğuna görə onun lobbi sistemi də beynəlxalq aləm üçün örnək olub, hegemonluq edir desək, yanılmarıq. Beynəlxalq arenada dövlətlərarası lobbizm demək olar ki, Amerika maraqlarından kənara çıxmır. 1. 2. 3. 4. 5. 6. 7. 8. ƏDƏBİYYAT Зяблюк, Н. Г. (2014). Практика лоббистской деятельности в США. Москва. Зяблюк, Н. (1992). Лобби – слово не ругательное. Торговопромышленные ведомости, №8. Иванов, Н. (1995). Лоббизм в политической культуре США. Власть. №8. Осипова, Н. В., & Рогов, С. М. (1978). Проарабский лоббизм в Вашингтоне. США-ЭПИ, №1, 20-25 с. Our American government. Washington: US GPO, 2013, 65 p. International Encyclopedia of Communications. New-York, 2016. www.washprofile.org www.tumgazeteler.com/?a=148341 Влияние лоббийской деятельности на принятие внешнеполитических решений: пример США Айгюн Мусаева  Диссертант кафедры «Политология и социология» Бакинского государственного университета; Баку, Азербайджан E-mail: aygunnmusayeva@gmail.com https://orcid.org/0009-0002-5693-8906 Цитировать статью: Мусаева, А. [2023]. Влияние лоббийской деятельности на принятие внешнеполитических решений: пример США. Журнал «Metafizika», 6(4), с.73-82. История статьи: Статья поступила в редакцию: 15.09.2023 Отправлена на доработку: 26.10.2023 Принята для печати: 01.12.2023 80 “Metafizika” Journal 2023, vol 6, issue 4, serial 24, pp. 73-82 Абстракт. В статье рассматриваются вопросы лоббирования и его влияние на принятие внешнеполитических решений в США. В современных международных отношениях параллельно государству особенно активны новые акторы. Активизация новых акторов влияет на принятие внешнеполитических решений государств, а во многих случаях даже ставит государство в зависимость от них. Среди таких новых акторов можно упомянуть транснациональные компании, неправительственные организации, общественные движения, национально-освободительные движения, а также деятельность лоббистов. В частности, расширение лоббизма наблюдается в ведущих государствах системы международных отношений. Развитие современного этапа общественно-политической системы Соединѐнных Штатов Америки характеризуется тем, что процесс демократизации постепенно охватывает все стороны жизни американского общества экономику, политику, идеологию и духовность, культуру и образ мышления. Период после мировой войны - это период, когда Соединенные Штаты Америки завоевали роль сверхдержавы во имя того, чтобы никогда больше ее не потерять. В последние 80-е годы борьба американцев за демократию и гражданские права усилилась. Ключевые слова: лоббирование, внешняя политика, актор, демократия, выборы The effect of lobbying activities on foreign policy decision making: the case of the USA  Aygun Musayeva Abstract. The article discusses issues of lobbying and its influence on foreign policy decision-making in the United States. In modern international relations, parallel to the state, new actors are especially active. The activation of new actors affects the adoption of foreign policy decisions of the states, and even makes the state dependent on them in many cases. Among such new actors, we can mention transnational companies, non-governmental organizations, social movements, nationalliberation movements, as well as the activities of lobbies. In particular, the expansion of lobbying is observed in the leading states of the international relations system. The development of the modern stage of the socio Dissertation candidate of “Political Science and Sociology” department of Baku State University; Baku Azerbaijan E-mail: aygunnmusayeva@gmail.com https://orcid.org/0009-0002-5693-8906 To cite this article: Musayeva, A. [2023]. The effect of lobbying activities on foreign policy decision making: the case of the USA. “Metafizika” journal, 6(4), pp.73-82. Article history: Received: 15.09.2023 Accepted: 01.12.2023 81 Aygün Musayeva Lobbiçilik fəaliyyətinin xarici siyasət qərarlarının qəbul olunmasına təsiri: ABŞ nümunəsində political system of the United States of America is characterized by the fact that the process of democratization gradually covers all aspects of the American society - economy, politics, ideology and spirituality, culture and way of thinking. The period after the World War is the period when the United States of America won the role of a superpower without losing it again. In the more recent 80s, Americans' struggle for democracy and civil rights intensified. Keywords: lobbying, foreign policy, actor, democracy, election 1. 2. 3. 4. 5. 6. 7. 8. REFERENCES Zyabluk, N. G. (2014). Lobbying practice in the USA. Moscow. (in Russian) Zyabluk, N. (1992). Lobby is not a dirty word. Trade and Industrial Gazette, No. 8. (in Russian) Ivanov, N. (1995). Lobbying in US political culture. Power. No. 8. (in Russian) Osipova, N. V., & Rogov S. M. (1978). Pro-Arab lobbying in Washington. USA-EPI, No. 1, 20-25 p. (in Russian) Our American government. Washington: US GPO, 2013, 65 p. (in English) International Encyclopedia of Communications. New York, 2016. (in English) www.washprofile.org www.tumgazeteler.com/?a=148341 82