İudaizmin tarixi, inancları və təriqətləri

Gənc Tədqiqatçı Elmi-Praktiki Jurnal (2):135-145 (2023)
  Copy   BIBTEX

Abstract

Dünyada çoxlu sayda dinlərin olduğu aydındır. Sözügedən dinlər öz növbəsində monoteist və politeist olmaqla iki hissəyə bölünür. Dinlər tarixciləri dinin təkamül nəticəsində Təktanrılı dinə çevrilməsi fikrini irəli sürsələr də, ilahiyyatçı alimlər dinin bəşər övladının ilk yarandığı gündən, təktanrılı olduğunu və sonradan tarixi zaman kəsimində çoxtanrılı dinlərin meydana gəldiyi fikrini deyirlər. Lakin biz bu məqalədə dinlərin necə yaranması məsələsini deyil, əsasən 3 monoteist dinin birincisi olan Yəhudilik dininin tarixinə qısa nəzər salacağıq. Bu qısa araşdırma zamanı onların inanc əsasları, müqəddəs kitabları, peyğəmbərləri və s. mövzulara da toxunulacaqdır. Yarandığı dövrdən günümüzə qədər bir çox tarixi mərhələlər keçmiş bu dinin qədim kökləri vardır. Bu keçməkeşli yolda Yəhudilik dini həm özündən əvvəl mövcud olmuş politeist dinlərdən və həmçinin özündən sonra meydana gələn Xristianlıq və İslam kimi monoteist dinlərdən təsirlənmişdir. Tədqiqatçıların nəzərinə əsasən bu təsirlər Yəhudiliyin müqəddəs kitablarında öz əksini tapmaqdadır. Bir milli din olanYəhudiliyin özünəməxsus tanrı anlayışı və inanc əsasları vardır. Özlərini Tanrının varisləri, övladları adlandıran bu xalq öz fikirlərini isbat etmək üçün müqəddəs kitablarına istinad edir və bu kitabı dəlil, sübut olaraq göstərirlər. Digər monoteist dinlərdə olduğu kimi Yəhudilik dininin inanc sistemində də, qurtuluş, axirət, son qurtarıcı, cəza və mükafat kimi məsələlər yer almaqdadır.

Links

PhilArchive



    Upload a copy of this work     Papers currently archived: 93,990

External links

Setup an account with your affiliations in order to access resources via your University's proxy server

Through your library

Analytics

Added to PP
2023-07-20

Downloads
13 (#1,042,873)

6 months
5 (#837,573)

Historical graph of downloads
How can I increase my downloads?

Author's Profile

Aladdin (Ələddin) Malikov (Məlikov)
Azerbaijan National Academy of Sciences (ANAS)

Citations of this work

No citations found.

Add more citations

References found in this work

No references found.

Add more references